Xəbər lenti

Azərbaycanda orduya çağırışla bağlı yenilik
Ölkə07:22 16.04.2013

Azərbaycanda orduya çağırışla bağlı yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə əvvəldən məlumat ala bilərlər. APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi internet saytında belə bir məlumat xidməti təqdim edilib.

 Vətəndaşlar saytın sual-cavab bölməsinə daxil olaraq, özləri barədə əsas bilgiləri daxil etməklə, elektron müraciət əsasında hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilər. Məxfilik qorunmaq üçün məlumat çağırışçının elektron poçt ünvanına göndəriləcək.

 Sual-cavab xidməti vasitəsi ilə vətəndaşların digər mövzularda sualları da cavablandırılır.

Qaynar.info