
Braziliyanın “Şapekoense” klubunun təyyarəsinin qəzaya uğraması ilə bağlı bəzi detallar məlum olub.
Qaynarinfo.Az xəbər verir ki, Kolumbiyada qəzaya uğramış bu komandanın 2 üzvü bizə tanışdır. Bunlar 2010/11 mövsümündə Bakının "İnter" klubunda 9 oyun keçirmiş sol cinah müdafiəçisi Filipe Maşado və 2014-cü ildə “Xəzər Lənkəran”da mərkəz müdafiəçisi qismində 29 oyuna 2 qol vurmuş Villian Tieqodur.
Artıq Kolumbiya polisi təyyarədə olan 81 nəfərdən 76-nın öldüyünü təsdiqləyib. Ölənlərdən 1-i xəstəxanada dünyasını dəyişib. Dünyasını dəyişənlər arasında Azərbaycanda oynamış hər 2 futbolçunun adı da var.
Qeyd edək ki, "Şapekoense" klubu Sudamerikana Kubokunda Kolumbiyanın "Atletiko Nasional" klubu ilə oynamaq üçün yaxın olan Boliviyadan Kolumbiyaya uçurmuş.
Qaynarinfo.Az