Xəbər lenti

Azərbaycanda partiyanın adı dəyişdirildi
Siyasət11:00 24.08.2020

Azərbaycanda partiyanın adı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) VI qurultayı keçirilib.
Qaynarinfo-nun xəbərinə görə, videokonfrans formatında keçirilən qurultayda partiyanın adı dəyişdirilib.
Belə ki, bundan sonra partiyanın Milli Həmrəylik Partiyası (MHP) adlandırılması barədə qərar qəbul edilib.
Partiyaya 2013-cü ildən rəhbərlik edən Əlisahib Hüseynov yenidən MHP-nin sədri seçilib.
Həmçinin qurultayda partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, partiyanın rəmzləri yenilənib, İdarə Heyəti , Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Siyasi Şura üzvləri seçilib.