Xəbər lenti

Azərbaycanda peşəkar oğru ələ keçdi
Ölkə08:38 20.08.2014

Azərbaycanda peşəkar oğru ələ keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda uzun müddət oğurluqla məşğul olan şəxs saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb.

Müəyyən edilib ki, o, 2013-cü il dekabrın 28-də Badamdar küçəsində yaşayan Soltan Qəribova məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlayıb. O, bu il aprelin 21-nə keçən gecə Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, avqustun 3-də Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonu, geyim əşyalarını götürüb.

Bundan başqa, o, avqustun 9-da Salyan yolunda yaşayan Turqut Əhmədovun evindən mobil telefon, avqustun 13-də isə həmin ərazidə yerləşən kafedə Elvin Babayevin cibindən mobil telefonu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info