Xəbər lenti

Azərbaycanda polisi bıçaqladılar
Ölkə14:06 12.05.2014

Azərbaycanda polisi bıçaqladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qaynar.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə mayın 12-də günorta saatlarında Masallı şəhəri ərazisində qeydə alınıb. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq cərrahiyyə əməliyyatı aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Valideynləri Ariz İsmayılovun heç kimlə şəxsi qərəzliyinin olmadığını və hadisənin məhz onun peşə fəaliyyəti dövründə baş verdiyini deyiblər.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qaynar.info