Xəbər lenti

Azərbaycanda pos-terminallar niyə işləmir? - VİDEO
Ölkə07:45 24.03.2016

Azərbaycanda pos-terminallar niyə işləmir? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nağdsız hesablaşmalara marağın artdığı bir vaxtda post-terminallarla bağlı problem ortaya çıxıb.

Qaynar.info xəzərxəbər.com-a istinadən bildirir ki, kartla ödəniş etmək üçün post-terminal tapılmır. Olanlar isə öz kartından başqasını qəbul etmir.

Pos-terminalların sayının azlığı və olanlarının isə bütün kartları dəstəkləməməsi insanların nağdız ödənişlərə olan marağını azaldır.

Qanuna görə, pos-terminallar birdən çox beynəlxalq kartı dəstəkləməyə bilər. Qanundakı bu boşluğu fürsət bilən bir çox sahibkar hiyləyə əl atıb.

Sifarişçi sahibkar hesab olunduğundan hər ay banka pos-terminaldan istifadə haqqı ödəməyə məcburdur. Birdən çox terminalın istifadə haqqını ödəməmək üçün isə bəzi sahibkarlar müştəri məmnunluğunu unudub cəmi bir pos-terminala üstünlük verirlər.

İqtisadiyyatın şəffaflaşması və vergidən yayınmanın qarşısının alınmasında nağdsız ödəniş sisteminin genişlənməsi ciddi rol oynayır. Bu baxımdan mütəxəssislər tövsiyə edirlər ki, bu sahədə qanunda olan boşluqlar aradan qaldırılmalı, pos-terminaldan istifadə haqqı aşağı salınmalı və bütün kartları dəstəkləyən mərkəzləşdirilmiş pos-terminal sisteminə keçilməlidir.

Qaynar.info