
Azərbaycanda qadın yanaraq ölüb.
ANS PRESS-in məlumatına görə, hadisə Abşeron rayonunda baş verib.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyalar 18 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər qadının meyiti yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info