Azərbaycanda qadın intihar məqsədi ilə özünü dənizə atıb
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 27-də Sumqayıt şəhəri 5-ci mikrorayonun ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini Nailə Əlibəyova intihar məqsədilə özünü dənizə atsa da, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xilas edilib.
Qadının özünə qəsd etməsinin səbəbləri məlum deyil.