Xəbər lenti

Azərbaycanda şənbə qırğını: 7 ölü, 14 yralı
Ölkə10:48 31.07.2016

Azərbaycanda şənbə qırğını: 7 ölü, 14 yralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 30-da Azərbycanda baş vermiş yol qəzalarında 7 nəfər ölüb. Lent.az-ın məlumatına görə, şənbə günü ölkə yollarında ümumilikdə 12 yol qəzası baş verib və nəticədə ölən şəxslərdən başqa 14 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bərdədə toydan çıxan şəxslərin olduğu avtomobilin kanala aşması nəticəsində 3 nəfər ölüb. Yevlaxda “Tavria”nın “KamAZ”a çırpılması nəticsində isə iki Qarabağ əlili vəfat edib.
Bundan başqa Bakıda sərnişin avtobusunun piyadanı vurması nəticəsində bir nəfər ölüb. Gədəbəydə isə minik avtomobilinin yük maşınına çırpılması bir nəfərin ölümü, 4 nəfərin isə yaralanmasına səbəb olub.
Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.
Qaynarinfo.Az