Xəbər lenti

Azərbaycanda sərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edib?
Ölkə14:30 23.03.2022

Azərbaycanda sərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar 225,1 milyon sərnişinə xidmət göstəriblər.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, sərnişinlərin 86,6 faizi
avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 17,5 milyon ton yük, 194,9 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,8 faiz və 20,4 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.