Xəbər lenti

Azərbaycanda süni tənəffüs aparatına qoşulanların sayı açıqlandı
Ölkə13:53 02.09.2020

Azərbaycanda süni tənəffüs aparatına qoşulanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 2-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, hazırda xəstələrin 136-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub. 
Ümumilikdə 2 078 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 36 732 nəfərə, sağalanların sayı 34 116 nəfərə, vəfat edənlərin sayı isə 538 nəfərə çatıb.