Sənət 10:16 10.09.2022

Azərbaycanda tanınmış musiqiçi vəfat etdi

Tanınmış pianoçu və bəstəkar, uzun illər F.Əmirov adına Gəncə Dövlət Kamera Orkestrində çalışmış Kamal Şirinov dünyasını dəyişib.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, musiqiçi yaşadığı Gəncə şəhərində vəfat edib.

K.Şirinovun Gəncədə mədəniyyətin inkişafında böyük rolu olan şəxs kimi bir sıra musiqiçinin yetişməsində böyük xidmətləri olub.