"2 dekabr onlayn olaraq ZOOM üzərindən "Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən "Tolerantlıq ilə bağlı hesabatın hazırlanması” layihəsi çərçivəsində "Azərbaycanda tolerantlıq və milli azlıqların hüquqlarının qorunması” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Hüquq və İnsan Haqları İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, millət vəkilləri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 37-dən çox QHT təmsilçisi iştirak edib.
"Tolerantlıq” Sosial Araşdırmalar İctimai birliyinin sədri Azər Qurbanəliyev layihə haqqında məlumat verərək Azərbaycanda tolerantlıq və milli azlıqların hüquqlarının qorunması sahəsində milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış araşdırmalar, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində "Tolerantlıq” Sosial Araşdırmalar İctimai birliyi tərəfindən Azərbaycanda tolerantlıq və milli azlıqların hüquqlarının qorunması sahəsində araşdırma aparılıb, Hesabat və tövsiyələr hazırlanıb.
Müzakirənin açılışı üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Azər Allahverənov çıxış etdi.
Sonra layihənin eksperti Şahin Nəsrullayev hazırlanmış hesabatı tədbir iştirakçılarına təqdim edib.
Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyələrini diqqətə çatdırıblar.
A.Qurbanəliyev və Ş.Nəsrullayev müzakirələr zamanı səsləndirilən qeydləri nəzərə almaqla hesabatın yekun variantının Azərbaycan və İngilis dillərində müvafiq maraqlı tərəflərə, o cümlədən dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq qurumlara təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib.
Şərhlər