Xəbər lenti

Azərbaycanda toy vaya döndü: 9 yaralı
Ölkə13:10 04.01.2017

Azərbaycanda toy vaya döndü: 9 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə ağır yol qəzası baş verib.

Qaynarinfo.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə 9 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az