Xəbər lenti

Azərbaycanda toyda kütləvi dava: xəsarət alanlar var
Ölkə18:31 28.05.2014

Azərbaycanda toyda kütləvi dava: xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda toyda kütləvi dava düşüb. 

Şahidlərin Qaynar.info-ya verdiyi məlumata görə, hadisə "Ülvi" Şadlıq sarayında  baş verib. 

Məlumata görə, əvvəlcə tərəflər arasında mübahisə yaranıb.

Daha sonra mübahisələrini bayırda davam etdirən gənclər bıçağa əl atıblar. Nəticədə Cəlilabad rayon sakinləri 1990-cı il təvəllüdlü Cəfərov Azad Kamal oğlu, 1992 -ci il təvəllüdlü  Sultanov Rəşad  Cavid oğlu və onun qardaşı 1994- cü il təvəllüdlü  Sultanov Fuad Cavid oğlu  müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi xəstəxanasına (MRX) çatdırılıblar. 

Hadisəni hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

Qaynar.info