Xəbər lenti

Azərbaycanda vətəndaş nigahı qanuniləşdirilir?
Ölkə07:04 17.09.2014

Azərbaycanda vətəndaş nigahı qanuniləşdirilir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda vətəndaş nigahının qanuniləşdirilməsi təklif edilir, Milli Məclisin bəzi deputatları belə təkliflə çıxış ediblər. 

Qaynar.info APA-ya istinadən xəbərinə görə, ölkə qanunverciliyində məsələylə bağlı qanunun qəbul edilməsini parlament komissiyalarının rəhbərləri Yaqub Mahmudov, Fəzail Ağamalı və bəzi millət vəkilləri təklif ediblər. Onların sözlərinə görə, nigahdan kənar doğulan uşaqların sayı gün keçdikcə artır. 

"Nigahdan kənar doğulan uşaqlar cəmiyyətdə problemlərlə üzləşirlər. Buna görə də ailə və nigah haqqında qanuna düzəlişlər etmək vacibdir", - deyə parlamentarilər bildirib.

Qaynar.info