Xəbər lenti

Azərbaycanda vitse-admiral əsgər olmaq istəyir...
Ölkə13:07 08.05.2014

Azərbaycanda vitse-admiral əsgər olmaq istəyir...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Apellyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyi ilə keçirilib. Vitse- admiralın vəkili Adəm Məmmədov Ş. Sultanovun həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vitse-admiralı həbsdə saxlayıb.

Qeyd edək ki, Apelyasiya Məhkməsində Şahin Sultanov çıxış edib. O bildirib ki, dövlətçiliyə həmişə sadiqdir: "Bundan sonra da vətənə  əsgər kimi xidmət etməyə hazıram".

 Daha sonra Şahin Sultanov ona sürülən ittihamları qəti şəkildə rədd edib.

Xatırladaq ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qaynar.info