Xəbər lenti

Azərbaycanda yeni bulvar belə olacaq - FOTOLAR
Ekonomiks13:41 09.04.2014

Azərbaycanda yeni bulvar belə olacaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astarada əhalinin səmərəli istirahəti üçün bulvar salınır. 

Qaynar.info SalamNews-a istinadən xəbər verir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Astarada tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Şəhər ərazisində 4 və 5 mərtəbəli yaşayış binalarının fasad hissələrində əsaslı təmir işləri görülür. Bu işlərin aparılması üçün 100-ə yaxın işçi qüvvəsi cəlb olunub. 

Dəniz kənarı ərazidə uzun illər su atında, bataqlıqda qalan torpaq qatı qurudularaq, bulvar və çimərlik salınır. Hazırda torpaq bərkitmə işləri aparılır. Ərazi tam hamarlanandan sonra, layihə əsasında tikinti işlərinə başlanılacaq.

Bulvarın bu il əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub.