Xəbər lenti

Azərbaycanda yeni orden təsis edildi
Siyasət16:58 25.01.2017

Azərbaycanda yeni orden təsis edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda "Əmək" ordeni təsis edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sənədə əsasən, "Əmək" ordeni ilə Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

"Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.

Qaynarinfo.Az