
Bu gün Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunun açılışı olub.
Sport7.Az xəbər verir ki, inşasına 2014-cü ilin yanvarında başlanılan stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb.
Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.
Qeyd edək ki, açılışda ölkə başçısı İlham Əliyev də iştirak edib.
Qaynar.info