Xəbər lenti

Azərbaycanda zəlzələ təhlükəsi varmı? (RƏSMİ)
Ölkə06:08 21.07.2017

Azərbaycanda zəlzələ təhlükəsi varmı? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən gecə Türkiyə və Yunanıstanın Egey dənizi sahillərində güclü zəlzələ baş verib. 6.3 bal gücündə olan ilk təkandan sonra ardıcıl 51 zəlzələ qeydə alınıb. İlkin məlumatlara görə, 2 nəfər həlak olub, 170-dən artıq insan yaralanıb.

Bölgədə seysmik aktivliyin artdığı vaxtda Azərbaycanda zəlzələ təhlükəsi varmı?

Bununla bağlı müraciət etdiyimiz Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədov "Qaynarinfo"ya açıqlamasında bildirdi ki, bunun bizə heç bir təsiri yoxdur:

"Türkiyə və Azərbaycan ayrı-ayrı zonalardır. Onun bizə heç bir təsiri yoxdur. Güclü zəlzələ hər yerdə ola bilər. Bunu əvvəlcədən deyə bilmərik. Sadəcə oradakı prosesin bizimlə əlaqəsi yoxdur. Azərbaycanda potensial zəlzələ ocaqları var. Dünən Saatlıda 3-4 bal gücündə zəlzələ baş vermişdi. Əvvəllər güclü zəlzələlər olub, gələcəkdə də olacağı istisna edilmir. Sadəcə dediyim kimi, dünyanın heç bir yerində bunu əvvəlcədən müəyyən edə bilmirlər. Ən böyük problem də budur".

Çingiz Səfərli

Qaynarinfo.Az