Xəbər lenti

Azərbaycandan İraqda keçirilən referenduma reaksiya
Siyasət09:14 29.09.2017

Azərbaycandan İraqda keçirilən referenduma reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.

"Qaynarinfo" xəbər verir ki, bu sözləri İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendumla əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O bildirib ki, Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

Qaynarinfo.Az