Xəbər lenti

Azərbaycandan tranzit keçməklə Ermənistana 350 ton buğda göndərildi (YENİLƏNİB)
Foto 11:59 24.04.2026

Azərbaycandan tranzit keçməklə Ermənistana 350 ton buğda göndərildi (YENİLƏNİB)

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib.

Qaynarinfo xəbər verir ki, 5 vaqondan ibarət, ümumi çəkisi 350 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

09.16
 
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə 5 vaqon buğda Ermənistan Respublikasına yola salınacaq.
--> -->