Xəbər lenti

Azərbaycanın Almaniyada və Moldovada yeni səfirləri təyin edildi
Siyasət15:32 07.09.2016

Azərbaycanın Almaniyada və Moldovada yeni səfirləri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qaynarinfo.Az xəbər verir ki, sənədə əsasən, Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı İlham Əliyev Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da Sərəncam imzalayıb.

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qaynarinfo.Az