Xəbər lenti

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlandı (YENİLƏNİB)
Siyasət08:07 27.04.2020

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib. 
Bu barədə "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və nümayəndə heyətinin üzvü Erkin Qədirli məlumat verib.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin əsas tərkibinə deputatlar Səməd Seyidov (hakim Yeni Azərbaycan Partiyası), Erkin Qədirli (bitərəf), Kamal Cəfərov (YAP), Nigar Arpadarai (YAP), Qənirə Paşayeva (bitərəf), Ramin Məmmədov (YAP) və Fazil Mustafa (müxalif Böyük Quruluş Partiyası) daxil edilib.