Xəbər lenti

“Azərbaycanın Cenifer Lopesi...” - Türk mediası
Maqazin07:27 06.09.2014

“Azərbaycanın Cenifer Lopesi...” - Türk mediası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə mətbuatı yenidən müğənni Sevinc Ağaşirinovadan yazıb. 

“Qafqazinfo”nun məlumatına görə, ifaçını “Azərbaycanın Cenifer Lopesi” adlandıran qardaş ölkə mətbuatı Ağaşirinovanın Dənizlidə keçirilən Türkdilli ölkələrin festivalında iştirak edəcəyini bildirib:

““Azərbaycanın Cenifer Lopezi” olaraq tanınan gözəl müğənni Sevinc Ağaşirinova Dənizlidə keçiriləcək Türkdilli ölkələrin festivalında   ölkəsini təmsil edəcək. Festivalda iştirak edəcəyi üçün xoşbəxt olduğunu söyləyən Ağaşirinova "Sən də get" mahnısıyla səhnəyə çıxacaq. Türkiyəni isə Rafet El Roman təmsil edəcək”.

Qeyd edək ki, daha öncə festivala Natavan Həbibi və Tünzalə Ağayeva qatılıb.

Qaynar.info