Xəbər lenti

Azərbaycanın daha bir bankına sədr təyin olundu
Ekonomiks07:53 04.05.2015

Azərbaycanın daha bir bankına sədr təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bank BTB"nin ("Bakı Ticarət Bankı") İdarə Heyəti sədrinin “Azərbaycan Kredit Bankı”na Müşahidə Şurasının sədri gətirilməsindən sonra, 2-ci oxşar transfer baş verib. Qaynar.info "Marja"ya istinadən xəbər verir ki, "Bank BTB"nin Problemli kreditər departamentinin direktoru Cavid Eldar oğlu Zeynalov mayın 1-dən “Azərbaycan Kredit Bankı”nın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
Cavid Zeynalov 19 aprel 1981-ci il tarixində Bakı şəhərində anadan olub. O, 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsini bitirib. 2001-2003-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsində magistr təhsili alıb. 2001-ci ildən daxili işlər orqanlarda zabit vəzifəsində qulluq edib. 2011-ci ildən Bank BTB-də şöbə rəisi, 2013-cü ildən isə Problemli kreditər departamentinin direktoru vəzifəsində işləyib.
Qaynar.info