Xəbər lenti

Azərbaycanın əməkdar məşqçisi koronavirusdan dünyasını dəyişdi (FOTO)
İdman11:12 11.09.2021

Azərbaycanın əməkdar məşqçisi koronavirusdan dünyasını dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Bəxtiyar Əsədov dünyasını dəyişib.
Bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov məlumat verib.
Onun sözlərinə görə, 53 yaşlı mütəxəssis koronavirusun qurbanı olub.
Qeyd edək ki, Gəncə şəhərində atletikanın inkişafında çox böyük əməyi olmuş Əsədov 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin müəllimi idi.