Xəbər lenti

Azərbaycanın həndbol millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
İdman18:29 11.10.2023

Azərbaycanın həndbol millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxıb.
Komanda Skopyedə Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 40:17.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.