Xəbər lenti

Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb?
Siyasət10:40 10.09.2020

Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.
"Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, - XİN rəsmisi əlavə edib.