Xəbər lenti

Azərbaycanın məşhur şairi vəfat etdi
Ölkə12:25 23.07.2017

Azərbaycanın məşhur şairi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə modern.az-a şairin yaxınları məlumat verib.

Bildirilib ki, şair ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aprılsa da, o dünyasını dəyişib. Mərhum Siyəzənin Qərəh kəndində dəfn olunacaq. 

Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlmub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə getib. 21 il sürücü işləyib.

1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edib.

2006-cı ildə Youtube-da “Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb.

Allah rəhmət eləsin!

Qaynarinfo.Az