Xəbər lenti

Azərbaycanın prezidentləri hansı universitetlərdən məzun olub? - ARAŞDIRMA
Siyasət09:00 11.03.2017

Azərbaycanın prezidentləri hansı universitetlərdən məzun olub? - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icrahakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyətiorqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularınınəsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunlarınicrası icra hakimiyyətinin əsas funksiyasıdır. 

Azərbaycan Respublikasının Prezidenti həmçinin AzərbaycanRespublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır. AzərbaycanRespublikasının hal-hazırki prezidenti İlham Əliyevdir. O, 2003-cü iloktyabrın 31-dən bu vəzifəni icra edir. Azərbaycan RespublikasınınPrezidenti toxunulmazlıq hüququna malikdir və onun şərəf və ləyaqətiqanunla qorunur. 

"Qaynar" xəbər verir ki, "ölkə.az" saytı müstəqlillik qazandıqdansonra Azərbaycan Respublikasının prezidentləri olmuş şəxslərin alitəhsili haqqında məlumat hazırlayıb. Qeyd edək ki, məlumat internetmaterialları əsasında hazırlanmışdır.

Ayaz Mütəllibov 

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalıailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunubitirib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdir. 1992-ci il martın 6-da istefa verib.

Əbülfəz Elçibəy 

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildəNaxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illikUnuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı ortaməktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı DövlətUniversitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinədaxil olub və 1962-ci ildə həmin universitetdən məzun olub. 

1965-ci ildə BDU-nun aspiranturasına daxil olub vəaspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti(868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmlərinamizədi alimlik dərəcəsi alıb (1969).

8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə seçkiyolu ilə prezident seçilən Əbülfəz Elçibəy 1 sentyabr 1993-cü ildəistefa verib.

22 avqust 2000-ci ildə 62 yaşında Türkiyənin Ankara şəhərində xəstəxanada vəfat edib.

Heydər Əliyev

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da AzərbaycanınNaxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan PedaqojiTexnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıqfakültəsində təhsil alıb. 

Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxiliİşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetindəmüxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isəNaxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyiorqanlarına işə göndərilib. O, Leninqrad (indiki Sankt-Peterburq) vəMoskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə AzərbaycanDövlət Universitetinin tarix fakültəsini bitirib. 

H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsindəprezident seçilən Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicəolunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib.

İlham Əliyev 

Azərbaycan Respublikasının hazırki prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlərİnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutunaspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərəktarix elmləri namizədi elmi dərəcəsi alıb.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidentiseçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevinlehinə səs verib. 2003-cü il oktyabrın 31-dən bu günə qədər prezidentlikvəzifəsini icra edir.

İlham Əliyev 2008-ci ildə yenidən prezident seçilib. 2013-cüildə üçüncü müddətə prezident seçilib və hazırda bu vəzifəni icra edir.

Qaynar.Az