Xəbər lenti

Azərbaycanın referi Çempionlar Liqasının oyununa təyinat aldı
İdman07:24 27.06.2023

Azərbaycanın referi Çempionlar Liqasının oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Qaynarinfo Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada "Jalgiris” və Şimali Makedoniyanın "Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.
Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.