XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın rəqs qrupu Fransada keçirilən festivalda çıxış etdi
Sənət14:51 26.08.2026

Azərbaycanın rəqs qrupu Fransada keçirilən festivalda çıxış etdi

Azərbaycanın “Ritm” rəqs qrupu Fransanın Montoire-sur-le-Loir şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında çıxış edib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı həmyerlimiz, Memar Sinan İncəsənət Universitetinin klassik balet müəllimi Şəhriyar Cəfərov deyib.

Onun sözlərinə görə, 53-cü folklor festivalında quruluş verdiyi üç rəqs ifa olunub:

"Vağzalı", "İnnabi" və "Sarı gəlin" rəqsləri. Mən festivala bu rəqslərin xoreoqrafı kimi qrupun rəhbəri Firuz Əlövsətov tərəfindən dəvət olunmuşdum. Bizim musiqilərimizə, rəqslərimizə və milli geyimlərimizə hər kəs valeh oldu. Həqiqətən, Azərbaycan incəsənəti çoxşaxəlidir, əsas məsələ onu doğru, peşəkar tərzdə təqdim etməkdir. “Ritm” rəqs qrupu illərdir bunu beynəlxalq səhnələrdə yüksək səviyyədə və peşəkarcasına təqdim edir. Festival çərçivəsində Azərbaycan mətbəxinə, milli sənətkarlığımıza və tarixi-mədəni irsimizə həsr olunmuş xüsusi sərgi və şam yeməyi də təşkil olundu”.

Şəhriyar Cəfərov tədbirin Fransada fəaliyyət göstərən Azərbaycan səfirliyi və Azərbaycan diaspor təşkilatının dəstəyi ilə baş tutduğunu əlavə edib:

“Türkiyədə sənət fəaliyyəti göstərsəm də, ürəyim Azərbaycan rəqsləri ilə döyünür və Azərbaycan incəsənətinə xidmət etməyə davam edirəm. Azərbaycanımı sevirəm”.

Aydın