Xəbər lenti

Azərbaycanın su ehtiyatları azalıb
Ölkə18:56 21.04.2020

Azərbaycanın su ehtiyatları azalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycana çaylar vasitəsilə daxil olan suyun həcmi azalıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.
"2019-cu ildə daxil olan suyun həcmi 2018-ci ilə nisbətən 4 milyard kubmetr az olub. Məsələn, təkcə Samur çayı üzrə illik göstərici 1,8-2 milyard kubmetrdən 800 milyon kubmetrə düşüb. Bundan başqa, Azərbaycanın göllərinin tutumu 21 milyard kubmetr olsa da, son iki ildə bu rəqəm 10 milyard kubmetrə düşüb. Ümumiyyətlə, 5 ildir ki, quraqlığa görə su qıtlığı müşahidə edilir.
Buna görə də, sudan səmərəli istifadə vacib məsələdir. Hazırda ölkədəki su ehtiyatlarının 70%-i suvarma işləri, qalan 30%-i isə məişət və su elektrik stansiyasılarında enerji əldə edilməsi üçün istifadə edilir. Bu üç istiqamətin bir-birilə uyğunlaşdırılması vacibdir" - deyə o, qeyd edib.