Xəbər lenti

Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
Ekonomiks 10:50 30.07.2026

Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı

Azərbaycanın bu il iyulun 1-nə 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,4%-i elə dollarda olub.

Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 2,9 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,5 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,4 %-ni, sabit dərəcə ilə olanlar isə 50,6 %-ni təşkil edib.

Xarici dövlət borcunun 59,5 %-i 5 ilə qədər olan müddətdə, 34,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->