Xəbər lenti

Azərbaycanın yeni müdafiə nazirinə general-polkovnik rütbəsi verildi
Ölkə15:08 22.10.2013

Azərbaycanın yeni müdafiə nazirinə general-polkovnik rütbəsi verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb
 
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilsin.
 
Qeyd edək ki, dövlət başçısının imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, Daxili Qoşunların komandanı Z.Həsənov müdafiə naziri təyin edilib.

Qaynar.info