XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın yeni qorxu filmi "Obitus" tezliklə kinoteatrlarda! (VİDEO)
Sənət09:30 27.08.2026

Azərbaycanın yeni qorxu filmi "Obitus" tezliklə kinoteatrlarda! (VİDEO)

Azərbaycan istehsalı olan “OBITUS” qorxu filminin ilk rəsmi tizeri təqdim edilib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, rejissor və prodüser Rec Revanın (Rəvan Cabbarov) yeni tammetrajlı ekran işi qorxu, triller və sağ qalma janrlarında çəkilib. Layihə Azərbaycanın ilk milli zombi və infeksiya filmlərindən biri kimi təqdim olunur.

Filmin hadisələri təbii fəlakətdən sonra ucqar bir kənddə cərəyan edir. Fəlakətdən xilas olmağa çalışan bir qrup insan çox keçmədən daha təhlükəli və müəmmalı təhdidlə qarşılaşır. Onlar xilas olduqlarını düşünsələr də, əslində ölümün başqa bir formasına doğru irəliləyirlər.

Ekran işi atmosferik vizual dili, gərgin süjeti, xüsusi zombi qrimləri və qorxu elementləri ilə tamaşaçını qaranlıq sağ qalma hekayəsinin içinə aparır. Çəkilişlər zamanı sualtı səhnələr də daxil olmaqla mürəkkəb epizodlar lentə alınıb.

Filmin rejissoru Rec Revan Azərbaycanda fəaliyyət göstərən rejissor, prodüser və vizual effektlər üzrə mütəxəssisdir. Buna görə də ekran işində vizual effektlərin xüsusi yer tutacağı gözlənilir.

“Recfilms” studiyasının istehsalı olan “OBITUS” 19 noyabr 2026-cı ildən “CinemaPlus” və “Park Cinema” kinoteatrlarında nümayiş olunacaq.