Xəbər lenti

Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqləndi
Ölkə17:56 16.03.2022

Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanla BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb
Fərmanla 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilir.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.