Xəbər lenti

Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur
Siyasət 09:41 24.09.2025

Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

"Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam.

Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli güclü əlaqələr qurmaq yollarını müzakirə etdik.

Görüş zamanı biz "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş"i imzaladıq", - nazir qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->