Xəbər lenti

Azərbaycanla İran arasında su bölgüsü və Araz su anbarının iş rejimi müəyyənləşdirildi (FOTO)
Foto 16:30 02.06.2025

Azərbaycanla İran arasında su bölgüsü və Araz su anbarının iş rejimi müəyyənləşdirildi (FOTO)

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 54-cü görüşü Bakı şəhərində keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->