Xəbər lenti

Azərbaycanla İsrail arasında viza rejimi ləğv olunur
Ekonomiks08:02 24.09.2013

Azərbaycanla İsrail arasında viza rejimi ləğv olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənilir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Səfir bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və servis pasportları olan insanlara şamil olunacaq: “Bu, iki ölkə arasında imzalanan müqavilənin ilkin hissəsi  olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki, ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır”.

Rafael Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər sahələrdə də yaxından əməkdaşlıq edir: “Elə bu yaxınlarda 3 azərbaycanlı muğam ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz ifaçısı Azərbaycanda  konsert verəcək”.

Qaynar.info