Xəbər lenti

Azərbaycanla Qırğızıstan ilk dəfə müştərək film istehsal etdilər (FOTO)
Foto 15:00 04.03.2026

Azərbaycanla Qırğızıstan ilk dəfə müştərək film istehsal etdilər (FOTO)

Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ilk ortaq istehsalı olan "Qırmızı ayaqqabılar” bədii filmi Avropanın məşhur Tampere Film Festivalının əsas yarışma proqramına daxil edilib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, 56 ildir Finlandiyanın Tampere şəhərində keçirilən festival bu il martın 4-dən 8-nə kimi davam edəcək. 

Ekran əsəri 5 yaşlı Camalın hekayəsindən bəhs edir. O, kənddə nənəsi ilə yaşayır və bir gün evlərinə gələn gözəl bir qadının qırmızı ayaqqabılarını görür. Bu qadının onun anası olduğunu eşidən Camal yeni, yad, amma eyni zamanda doğma duyğularla qarşılaşır.

Qırğızıstanın "Tartaly” Fondu Azərbaycanın "Cinemedia” şirkəti tərəfindən istehsal olunan qısametrajlı bədii filmin ssenari müəllifi və rejissoru Alina Baitukova, prodüseri Ayperi Muradbəyova və Nərmin Muradovadır. Filmin icraçı prodüseri Tünzalə Babayeva, rəng həlli Əliəskər Mirzəyev, səs rejissoru Nadir Mahmudovdur. 

Qeyd edək ki, "Qırmızı ayaqqabılar” bədii filmi Azərbaycan Respublikasının Kino Agentliyinin post- prodakşn mərhələsində olan filmlər arasında keçirdiyi "2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gələrək maliyyə dəstəyi almışdı.

Aydın
--> -->