Xəbər lenti

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq
Siyasət12:41 21.02.2022

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sabah (fevralın 22-də) Moskvada Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəklər.
Qaynarinfo-nun məlumatına görə, rəsmi Kremlin yaydığı məlumatda qeyd olunur ki, İlham Əliyev və Vladimir Putin qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə də imza atacaqlar.
Tərəflər həmçinin siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edəcək.