Xəbər lenti

Azərbaycanla sülh müqaviləsində bir sıra təkliflər üzrə konsensus əldə olunub - Simonyan
Siyasət10:04 28.02.2023

Azərbaycanla sülh müqaviləsində bir sıra təkliflər üzrə konsensus əldə olunub - Simonyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensus əldə olunub. 
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır", - spiker bildirib. 
Eyni zamanda, Simonyan qeyd edib ki, Ermənistan tərəfi birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək "bombalar”ın daxil edilməsinin əleyhinədir. Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.
"Biz başa düşməliyik ki, bizim maraqlarımız, "Artsax” xalqının maraqları müqaviləyə "Artsax”la bağlı nəyinsə daxil edilməsini diktə edib. Qoy elə görünməsin ki, biz "Artsax”ın maraqlarını və onun əhalisinin hüquqlarını qorumaqdan imtina edirik", - o deyib.
Simonyan Ermənistan tərəfinin təkliflərinə Bakının reaksiyası barədə məlumatı olmadığını da bildirib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bildirib ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Onun sözlərinə görə, söhbət vahid müqavilə layihəsindən gedir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.
Alpər