Xəbər lenti

Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqləndi
Siyasət10:56 03.03.2022

Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.
Sənədə əsasən, 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləmişdi.