Xəbər lenti

Azərbaycanlı aktrisa BMT tərəfindən mükafatlandırıldı
Sənət07:44 12.01.2022

Azərbaycanlı aktrisa BMT tərəfindən mükafatlandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan aktrisası və rəssamı, Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə verdiyi xidmətlərinə görə "Leonardo Da Vinci” medalı ilə təltif olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycanfilm” Kinostudiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı olan Suğra Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə bir çox beynəlxalq mükafatlarla təltif olunub.