İdman 09:52 26.07.2022

Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur (FOTOLAR)

İki gün öncə nişanlanan CBC TV-nin xəbər aparıcısı Turan Məmmədlinin evlənəcəyi şəxsin kimliyi bəlli olub.

Qaynarinfo olay.az-a istinadən xəbər verir ki, o, futbolçu Ruslan Cəfərov ilə ailə quracaq.

Qeyd edək ki, 29 yaşlı Ruslan Cəfərov karyerası ərzində "İnter" (Bakı), "Xəzər Lənkəran", "Zirə", "Səbail" və "Sabah" klublarında çıxış edib. Həmçinin Azərbaycanın U-21 yığmasına dəvət alıb.