Xəbər lenti

Azərbaycanlı aparıcı ikinci dəfə ərə gedir
Maqazin08:51 22.03.2018

Azərbaycanlı aparıcı ikinci dəfə ərə gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparıcı Lətafət Ələkbərova ikinci dəfə ailə quracaq.
Yenicag.az-a açıqlama verən cazibədar aparıcı ilin sonuna qədər subaylığın daşını atacagını bildirib: 
"Gələn Novruzu həyat yoldaşımla qarşılayacam. O bəy kimdir, bunu nişan üzüyünü barmağıma taxandan sonra açıqlayacam. Qulaq falına da çıxdım, xoş sözlər eşitdim".
L.Ələkbərova 10 yaşlı qızının da onun alə qurmasını normal qarşıladığını deyib: 
"Qızım Rəna tək övladımdır, o da mənə deyir ki, ana ailəmizin böyüməsini, bacı və qardaşlarımın olmasını istəyirəm. Hətta bunu məndən tələb edir. Əgər hansısa qadının birinci ailəsi uğursuz olubsa, o demək deyil ki, ikinci dəfə bəxtini sınamamalıdır. Hər bir qadının həmişə ailəyə və ona sahib çıxan güclü bir kişiyə ehtiyacı var. Bu mənim də qadın olaraq haqqımdır".