Xəbər lenti

Azərbaycanlı aparıcı İzmirdəki yanğınlara görə 5 saat hava limanında qaldı (VİDEO)
Ölkə13:04 19.07.2024

Azərbaycanlı aparıcı İzmirdəki yanğınlara görə 5 saat hava limanında qaldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı aparıcı Fəxriyyə Lilpar xoşagəlməz halla qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, bir neçə gündür Türkiyəyə istirahət yollanan aparıcı qayıdanda hava limanında 5 saat qalmalı olub.
O bu barədə şəxsi instaqram hesabında bildiribı. Aparıcı qeyd edib ki, dünyada yaranan internet problemi və İzmirdəki meşə yanğınlarına görə 5 saat hava limanında qalıb:
"Məlum səbəblər, dünyada yaranan internet problemi və üstəlik İzmirdə baş verən meşə yanğını bizi 5 saat hava limanında saxladı. Baxmayaraq ki, təyyarəyə yeni yerləşdik, hələ də gərgin, həyəcanlı anlar yaşayırıq. Sağ salamat çataq, inşallah".